KƏLBƏCƏR
2
Sentyabr2024
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olmuşdurlar.
Yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır. Birinci mərhələdə bura 201 ailə köçürüləcəkdir. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilmişdir. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunmuşdur. Bu evlərin hər biri üçotaqlıdır.
İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaqdır.
