KƏLBƏCƏR
2
Sentyabr2024
Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə və modul tipli məktəbin layihəsi ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olmuşdurlar.
Ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcəkdir. Kompleksin ərazisində həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaqdır.
Modul tipli məktəb binasının isə ümumi sahəsi 420 kvadratmetr olacaq, burada 2 inzibati otaq və 9 sinif otağı yerləşəcəkdir.
