XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

KƏLBƏCƏR

21

Avqust

2025

Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuşdurlar.

Kənddəki 140 fərdi evdən 30-u yararsız, 110-u isə qismən yararlı olmuşdur. 26 fərdi ev artıq əsaslı bərpa edilmişdir. Avqustun 15-də 26 ailə, ümumilikdə isə 89 nəfər doğma Kolatağ kəndinə qayıtmışdır. Bu ilin oktyabr ayının sonunadək daha 26 evin bərpası, 2026-cı ildə isə 58 evin təmir və bərpası nəzərdə tutulmuşdur.

Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. 1 transformator və 1 kilometr uzunluğunda mövcud elektrik xətti təmir olunmuş, artezian quyusu bərpa edilmiş, 26 ev su ilə təmin olunmuşdur. Sentyabrda kəndin içməli su ilə təminatı tam başa çatdırılacaqdır. İndiyədək 10 min 600 poqonometr yeni qaz xətti çəkilmiş, əlavə olaraq isə 2800 poqonometr hissənin çəkilməsi nəzərdə tutulmuşdur.

Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün müasir istirahət parkı salınmışdır. Burada bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı yaradılmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi