AĞDAM
10
MAY2025
Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
İkimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcəkdir. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait vardır.
