KƏLBƏCƏR
21
Avqust2025
Kəlbəcər sakinləri ilə görüş və mənzil açarlarının təqdimatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olmuşdurlar. Dövlət başçısı buraya köçən sakinlərlə görüşərək mənzillərin açarlarını onlara təqdim etmişdir.
Görüş zamanı çıxış edən Prezident İlham Əliyev 32 ildən sonra Vətənə qayıdışın tarixi əhəmiyyətini vurğulayaraq ədalətin və haqqın bərpa olunduğunu bildirmişdir. Dövlətimizin başçısı həmçinin “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcərdə ilk mərhələdə dörd yaşayış kompleksinin inşasının planlaşdırıldığını və burada 10 mindən çox insanın məskunlaşmasının nəzərdə tutulduğunu qeyd etmişdir.
Şəhərdə elektrik, su, təbii qaz, yol və minalardan təmizləmə işləri tamamlanmışdır. Hazırda burada yeni məktəbin tikinti işləri aparılır.

