YANVAR – İYUN, 2023

27

May

Kəlbəcər şəhərində məktəb binasının təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı dövlətimizin başçısı məktəb binasının təməlini qoymuşdur.

Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaqdır. 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaqdır.