16
Avqust
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı İstisu-Minkənd yolunun çəkilməsi işləri ilə tanış olmuşdurlar.
Uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolu Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirən yoldur. Bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaqdır. Hazırda bu yol boyunca işlər gedir və torpaq işləri başa çatmışdır. Bundan sonra asfalt qatı da vurulacaqdır.