İYUL – DEKABR, 2023

25

Avqust

“İstisu” mineral sudoldurma zavodunun tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi ilə tanış olmuşdurlar.

Kəlbəcər “İstisu” mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilmişdir. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırmışdır. Yeni tikiləcək “İstisu” zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcəkdir. Müəssisədə ikinövbəli əsasda təxminən 100 nəfər işlə təmin olunacaqdır. Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcəkdir. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda 8 min ədəd təşkil edəcəkdir. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaqdır.