XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

5

İyul

2024

“İsa bulağı” istirahət kompleksinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak etmişdir.

Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağı Vətən müharibəsindən sonra Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilmişdir. Bulağın özü mərmərdən inşa olunmuş, üzərindəki “İsa bulağı” sözləri milli ornamentlə işlənmiş, su təminatı isə tam bərpa edilmişdir. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilmiş, ərazidə abadlıq işləri aparılmışdır. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Yerli əhalinin bu hidronim haqqında məlumatına görə bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə aşkar etmiş İsa adlı əkinçinin adını daşıyır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi