İYUL – DEKABR, 2022

25

Noyabr

İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etmişdir.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparılmışdır.