17
İyun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə iyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində görüşü olmuşdur.
Görüş zamanı Tatarıstan Respublikasının Rəisini salamlayan Prezident İlham Əliyev “Araz Vadisi” Sənaye Parkının birinci obyektinin icrasına başlanıldığı üçün şad olduğunu və işğaldan azad edilmiş ərazilərin bərpası işinə göstərdiyi münasibətə görə minnətdar olduğunu bildirərək tərəflər arasında müəyyənləşdirilmiş əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvar olduğunu vurğulamış, Tatarıstan və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən qardaşlıq, dostluq münasibətlərinin Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfə olduğunu qeyd etmişdir.