XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

25

MAY

2023

İkitərəfli görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 25-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olmuşdur.

Görüş zamanı Avrasiya İqtisadi Birliyinin sammitinə dəvətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkürünü bildirən dövlətimizin başçısı Heydər Əliyevin xatirəsinə göstərilən yüksək hörmətə və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə bir daha Rusiya dövlət başçısına minnətdarlığını bildirmişdir. Rusiya tərəfinin bu səylərini çox yüksək qiymətləndirdiyini vurğulayan Prezident İlham Əliyev Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının ərazisinin  konkret rəqəmlərlə göstərilməklə ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsinin daha asan olacağını qeyd etmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi