XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

14

MART

2023

İkitərəfli görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də təkbətək görüş başa çatdıqdan sonra Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olmuşdur.

Görüş zamanı Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir. Dövlətimizin başçısı qeyd etmişdir ki, beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülmüşdür və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycanın mövqeyi iki yanaşmadan ibarətdir. Birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqunun həyata keçirilməsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfindən müəyyən olunmuş nümayəndə martın 5-də Azərbaycanın Qarabağ bölgəsindən olan sakinlərlə görüşmüş, Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağın erməni ictimaiyyətinin nümayəndələri reinteqrasiya məsələləri və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təmasların davam etdirilməsi üçün Bakıya dəvət olunmuşdur.

Dövlətimizin başçısı Azərbaycanın Laçın yolu ilə bağlı məsələsinə toxunaraq bu yolun blokadada olması barədə Ermənistanın iddialarının tamamilə əsassız olduğunu bildirmiş, yol üzrə hərəkətin təmin edildiyini, dekabrın 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsinin, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxsin keçdiyini vurğulamışdır. Dövlətimizin başçısı üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini demiş və Laçın yolunun son nöqtəsində, Azərbaycan və Ermənistan sərhədində Azərbaycanın müvafiq sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı təklifi barədə məlumat vermişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi