XANKƏNDİ
4
İyul2025
İƏT-in 17-ci Zirvə görüşü
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarını salamlayaraq və görüşü açıq elan edərək əlamətdar toplantıda çıxış etmişdir. O, Qarabağın işğaldan azad olunmasından sonra regionda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda mübarizəsindən və “Böyük Qayıdış” proqramının icrasından danışmışdır.
Görüşdə İƏT-ə üzv dövlətlərin liderləri və nümayəndələri çıxış edərək Azərbaycanın Zirvə görüşünə ev sahibliyini və Xankəndidə tədbirin yüksək səviyyədə təşkilini yüksək qiymətləndirmişdirlər. Şuşanın 2026-cı ildə İƏT-in “Turizm paytaxtı” elan edilməsi, təmiz enerji sahəsində yeni təşəbbüslər və regional əməkdaşlığın inkişafı əsas müzakirə mövzularından olmuşdur.

