İYUL – DEKABR, 2023

21

Dekabr

İdman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüş

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının “MOİK” komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşmüşdür.

Görüş zamanı çıxış edən Prezident İlham Əliyev idmançılarla ənənəvi görüşün bu il Xankəndidə keçirilməsinin böyük mənası olduğunu qeyd edərək idmançıları əldə etdikləri uğurlar münasibətilə təbrik etmişdir.