AĞDƏRƏ
13
Yanvar2026
Hərbi qulluqçular üçün nəzərdə tutulan yaşayış binalarının istismara verilməsi
Ağdərə şəhərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binaları istismara verilmişdir.
Ağdərədə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün ümumilikdə 3 binada təmir-bərpa işləri görülmüşdür. Dörd və beşmərtəbəli binalardakı 72 mənzildən 8-i birotaqlı, 36-sı ikiotaqlı, 24-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Burada hərbçilərin və onların ailə üzvlərinin yaşaması və asudə vaxtlarının səmərəli təşkili üçün bütün şərait yaradılmışdır. Mənzillər su, qaz, elektrik enerjisi, internet, həmçinin mebel dəstləri ilə təchiz edilmişdir. Binaların ətrafında da geniş abadlıq işləri görülmüş, yaşıllıqlar salınmış, sakinlərin istirahəti üçün guşələr yaradılmışdır.
