YANVAR – İYUN, 2023

4

May

Horovlu kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunun Horovlu kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev Horovlu kəndinin təməlini qoymuşdur.

Layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulmuşdur. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilmişdir. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcəkdir. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaqdır.