FÜZULİ
14
Fevral2021
Horadiz–Ağbənd dəmiryol xəttinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Horadiz–Ağbənd dəmiryol xəttinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Dövlətimizin başçısı dəmiryol xəttinin təməlini qoymuşdur.
Ümumi uzunluğu 100 kilometr olan Horadiz–Ağbənd dəmiryol xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və daha da önəmlisi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmiryol nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcəkdir.

