AĞDƏRƏ
13
Yanvar2026
Heyvalı kəndində görülmüş işlərlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olmuşdur.
Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilərək istismara hazır vəziyyətə gətirilmişdir. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna qayıdan 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılmışdır.
Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülmüşdür. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunmuş, yeni rabitə xətləri çəkilmişdir. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılmış və su şəbəkəsinin inşası üzrə işlərə başlanılmışdır. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunmuş və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınmışdır.
Səfər çərçivəsində Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkmiş, yeni evdə yaradılmış şəraitlə tanış olmuş, məşğulluq imkanları ilə maraqlanmışdır.

