XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

23

İyun

2026

“Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olmuşdurlar.

“Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer almışdır.

Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağın və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır. Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgənin həyatının bütün sahələrində reallaşdırdığı geniş islahatlara dair faktlar foto və videomateriallar vasitəsi ilə ziyarətçilərə çatdırılır. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “İz” filmi də nümayiş olunur.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi