AĞDAM
19
Sentyabr2024
Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında “Metkons” Məhdud Məsuliyyətli Cəmiyyətinin havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak etmişdir.
“Metkons” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçmişdir. Müəssisə üçün sənaye parkında bir hektar ərazi ayrılmışdır. Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin illik gücü 33 min ədəd müxtəlif avadanlıq istehsalıdır. Ümumi investisiya dəyəri 3,9 milyon manat olan müəssisədə 90 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcəkdir.
