XOCAVƏND
14
Sentyabr2025
Hadrut qəsəbəsinə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində olmuşdur.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qəsəbə erməni işğalından azad edildikdən sonra qəsəbədə genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunmuşdur. Burada “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli–Hadrut avtomobil yolu istifadəyə verilmiş, transformator məntəqəsi tikilmiş, mövcud elektrik xətləri bərpa olunmuş, 8 su anbarı təmir edilmiş, yeni su, kanalizasiya və qaz xətləri çəkilmiş, qəsəbədaxili yollarda təmir işləri aparılmışdır. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılmışdır. Hazırda da abadlıq-quruculuq istiqamətində işlər davam etdirilir.
Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcəkdir. Hazırda 10 ailə, ümumilikdə isə 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıtmışdır.
Səfər çərçivəsində dövlətimizin başçısı Zahid Mustafayevin evində də olmuşdur.
