XOCAVƏND
14
Sentyabr2025
Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak etmişdir.
Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaqdır. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulmuşdur. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunmuşdur.
