XOCAVƏND
5
MAY2023
Hadrut qəsəbəsində inzibati mərkəzin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı Prezident İlham Əliyev Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoymuşdur.
İnzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binaları daxildir.

