CƏBRAYIL
15
MART2021
Hadrut–Cəbrayıl–Şükürbəyli avtomobil yolunun təməlinin qoyulması
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Hadrut–Cəbrayıl–Şükürbəyli avtomobil yolunun təməlini qoymuşdur.
Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul–Mincivan–Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcəkdir.


