YANVAR – İYUN, 2022

26

İyun

“Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi ilə tanış olmuşdur.

Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür.

 “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulmuşdur. Magistral üzərində nasos stansiyalarının tikilməsi ilə nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsi planlaşdırılmışdır.