LAÇIN
14
Fevral2021
“Güləbird” su-elektrik stansiyasının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” su-elektrik stansiyasının açılışında iştirak edərək stansiyanı işə salmışdır.
“Güləbird” su-elektrik stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihədir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcəkdir.
Erməni qəsbkarlar işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdə olduğu kimi bu stansiyanı da darmadağın etmişdilər. Prezident İlham Əliyevin tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

