YANVAR – İYUN, 2023

4

May

Güləbird kənd yaşayış məntəqəsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın rayonunun Güləbird kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev Güləbird kəndinin təməlini qoymuşdur.

Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılmışdır. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaqdır. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlıların 88, dördotaqlıların 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcəkdir. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcəkdir.