FÜZULİ
7
Oktyabr2025
Füzulidə tikiləcək məscidin onlayn formatda təməlinin qoyulması
Oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoymuşdurlar.
Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi 1 hektardan artıq olacaqdır. Məscid binasında hər birinin hündürlüyü 40 metr olan 2 minarə inşa ediləcəkdir. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcəkdir. Məsciddə eyni vaxtda 500 nəfərin ibadət etməsi mümkün olacaqdır.
