FÜZULİ
17
İyul2025
Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxmışdırlar.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov şəhərin Baş planı ilə tanış olmuşdur. Qonağa 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində törədilən dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilmişdir.

