XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

FÜZULİ

23

İyun

2026

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxmışdırlar.

Erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulan Füzuli şəhəri işğaldan azad edildikdən sonra qısa müddətdə onun Baş planı hazırlanmış və dövlətimizin başçısı tərəfindən təsdiqlənmişdir. Füzuli böyük nəqliyyat-logistika potensialına malik olmaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Ümumi sahəsi 2 min hektara yaxın olan şəhərin Baş planına əsasən 2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə “Ağıllı şəhər” konsepsiyası da tətbiq olunacaqdır.

Ali qonağa Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə də məlumat verilmişdir. Ümumi ərazisi 1 hektardan çox olan məscid kompleksində hər birinin hündürlüyü 40 metr olan iki minarə ucaldılacaq, əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcəkdir. Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcəkdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi