İYUL – DEKABR, 2023

16

Oktyabr

Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoymuşdur.

Üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaqdır. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılmışdır. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulmuşdur. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaqdır.