İYUL – DEKABR, 2023

16

Oktyabr

Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanlı dövlətimizin başçısı kompleksin təməlini qoymuşdur.

Füzuli şəhərinin Baş planına uyğun olaraq əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulmuşdur. İnşa olunacaq ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılmışdır. İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaqdır.