XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

FÜZULİ

16

Oktyabr

2023

Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanlı dövlətimizin başçısı uşaq bağçasının təməlini qoymuşdur.

Uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılmışdır. Layihəyə əsasən uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaqdır. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaqdır. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcəkdir. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaqdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi