İYUL – DEKABR, 2023

16

Oktyabr

Füzuli rayonunda Qoçəhmədli kəndinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanlı dövlətimizin başçısı Qoçəhmədli kəndinin təməlini qoymuşdur.

Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulmuşdur. Burada ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılmışdır. Kəndin inşasının birinci mərhələsi üçün ayrılan 18,1 hektar torpaq sahəsində 204 fərdi ev tikiləcəkdir. Bu mərhələdə kəndə 204 ailənin – 710 nəfərin köçürülməsi nəzərdə tutulmuşdur.