İYUL – DEKABR, 2023

16

Oktyabr

Füzuli rayonunda Cuvarlı kəndinin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonuna səfəri zamanı Cuvarlı kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanlı dövlətimizin başçısı Cuvarlı kəndinin təməlini qoymuşdur.

Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılmışdır. Burada ümumilikdə 291 fərdi ev və 2–4 mərtəbəli 21 yaşayış binası tikiləcəkdir. Kəndin inşasının birinci mərhələsi üçün ayrılan 28,1 hektar torpaq sahəsində 129 fərdi ev tikiləcəkdir. Bu mərhələdə kəndə 129 ailənin – 508 nəfərin köçürülməsi planlaşdırılır.