YANVAR – İYUN, 2023

5

May

Füzuli–Hadrut avtomobil yolunun açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli–Hadrut avtomobil yolunun açılışında iştirak etmişdir.

Ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yoluna birləşir. Füzuli–Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir. Layihəyə əsasən yolun 6,7 kilometrliyində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunmuşdur. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.