17
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olmuşdurlar. Füzuli Beynəlxalq Hava Limanında beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilən bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılmışdır. Hava limanında istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilmişdir. Burada baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VIP zalların, mağazaların, restoranların və digər məntəqələrin işə salınması nəzərə alınmaqla, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verən terminalın tikintisi başa çatdırılmışdır.