AĞDAM
19
Sentyabr2024
Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Prezident İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoymuşdur.
Kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Baş plana əsasən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilmişdir. Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılmışdır. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulmuşdur. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 88,3 hektar torpaq sahəsi ayrılmışdır. Birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. İnşa ediləcək evlər iki, üç, dörd və beşotaqlı olacaqdır.

