XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

FÜZULİ

8

MAY

2023

Əhmədbəyli–Füzuli–Şuşa magistral avtomobil yolunun 66–81-ci kilometrliyində görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfərləri zamanı Əhmədbəyli–Füzuli–Şuşa magistral avtomobil yolunun 66–81-ci kilometrliyində görülən işlərlə tanış olmuşdurlar.

Başlanğıcını M6 Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Yolun 66–81-ci kilometrliyində işlərin 85 faizi başa çatmışdır. Uzunluğu 15,72 kilometr olan bu hissədə yolun hərəkət sahəsinin eni 10,75 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla 1b texniki dərəcəyə uyğun inşa edilir.

Layihəyə əsasən yolun bu hissəsində 5 viadukun, 6 tunelin və bir körpünün tikintisi üzrə əsas işlər yekunlaşmışdır. Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. Yolun bu hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 15 dairəvi suötürücü boru, 24 düzbucaqlı su keçidi, 4 alt keçid və bir neçə ehtiyat keçid inşa edilmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi