YANVAR – İYUN, 2024

10

May

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda görülən işlərlə tanışlıq və birinci tunelin açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olmuşdur.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı vardır. Yolboyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır.

Dövlətimizin başçısı bu yolda inşa edilmiş ümumi uzunluğu 6747 metr olan birinci tunelin də açılışını etmişdir.