AĞDAM
2
Sentyabr2024
Divar kağızları istehsalı zavodunun açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin divar kağızları istehsalı zavodunun açılışında iştirak etmiş və zavodu işə salmışdır.
“Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilmişdir. Ərazisi 1,6 hektar olan müəssisədə divar kağızlarının istehsalı həyata keçiriləcəkir. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. İllik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Alman texnologiyasından istifadə edilən müəssisədə istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır.
