XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XOCALI

15

Sentyabr

2025

Daşbulaq kəndinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində olmuşdur.

2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndin sosial infrastrukturunun qurulması işləri icra olunmuşdur. Kənddə sosial və məişət obyektləri istifadəyə verilmiş, park, bayraq meydanı salınmış, kənddaxili yollar asfaltlanmışdır. Uzunluğu 20 kilometr olan mövcud elektrik, həmçinin qaz xətləri, su anbarı və subartezian quyusu bərpa olunmuş, transformator quraşdırılmış, sayğaclaşdırma işlərinə başlanılmışdır. Eyni zamanda, 8 kilometrə yaxın qaz xətti çəkilmiş, içməli su şəbəkəsi yenidən qurulmuş, rabitə xətlərinin layihəsi təsdiqlənmişdir. Artıq tikinti işlərinə hazırlıq gedir.

Daşbulaq kəndində 195 ev mövcuddur ki, onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Artıq 15 ev bərpa edilmiş və indiyədək kəndə 14 ailə (72 nəfər) köçmüşdür. Bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaqdır.

Səfər çərçivəsində dövlətimizin başçısı kəndə köçmüş Məzahir Novruzovun evində olmuş, ailə üzvləri ilə söhbət etmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi