CƏBRAYIL
3
Oktyabr2024
Damazlıq yumurta istehsalı fabrikinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoymuşdur.
Müəssisə 3 sahədən – damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaqdır. Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcəkdir. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcəkdir. Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaqdır. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcəkdir.
