AĞDAM
19
Sentyabr2024
Dam örtükləri istehsalı zavodunun açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında “Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin dam örtükləri istehsalı zavodunun açılışında iştirak etmiş və zavodu işə salmışdır.
“Prof-Dam” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmışdır. İki hektar ərazidə yaradılan müəssisədə məhsul buraxılışı İtaliya, Finlandiya, Türkiyə, Rusiya və Çin istehsalı olan soyuq metalşəkilləmə texnologiyalarının tətbiqi ilə həyata keçiriləcəkdir.
İnvestisiya dəyəri 8,5 milyon manat olan müəssisədə 40-dək iş yeri yaradılacaqdır. Zavod ildə 1,4 milyon kvadratmetr profilli təbəqələrin, 1 milyon kvadratmetr metal-kirəmit lövhələrin, 1 milyon kvadratmetr sendviç panellərin, habelə 2 min ton dam aksessuarı istehsalı gücünə malikdir. İstehsal olunan məhsulların 90 faizi yerli bazar, 10 faizi isə xarici bazar üçün nəzərdə tutulmuşdur.
