XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

CƏBRAYIL

4

Oktyabr

2024

Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak etmiş, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etmişdirlər. Dövlətimizin başçısı tədbirdə çıxış etmişdir.

Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil vardır. Onlardan 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45–50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55–90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98–100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90–108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110–120 kvadratmetr təşkil edir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilir. Altı kvartaldan ibarət kompleksin inşası keyfiyyətlə həyata keçirilmişdir. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə verilmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi