CƏBRAYIL
28
Oktyabr2025
Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoymuşdur.
İkinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaqdır. Layihə çərçivəsində 5 və 6 mərtəbəli olmaqla 23 bina inşa ediləcəkdir. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaqdır.
Üçüncü yaşayış kompleksinin ümumi sahəsi 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur.
