XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

27

MART

2025

Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak etmişdirlər.

Məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə aparılmışdır. Bərpa işlərinə 2023-cü ildən başlanılmışdı. Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilmiş və fərş döşəmə bərpa edilmişdir. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanmışdır. Yerli daşdan tikilmiş məscidin fasadının dağılmış hissələri tam bərpa olunmuş, təhlükəli vəziyyətə düşmüş atma və guşə daşları çıxarılaraq yenidən restavrasiya edilmişdir. Mərtəbələrarası taxta örtük konstruksiyası quraşdırıldıqdan sonra yaranan eyvan şüşəbəndlə tamamlanmışdır.

Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Şuşanın digər məscidlərindən fərqli olaraq, burada giriş sağ tərəfdən daş pillələrlə təmin edilmişdir. Açıq tamburdan otağa və ibadət zalına keçid vardır. Məscidin inşasında istifadə olunan daşlar bərpa edilmiş, mehrab yenidən qurularaq üzərinə “Qurani-Kərim”dən ayələr və naxışlar işlənmişdir.

Çöl Qala məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Çöl Qala bulağı bərpa edilmişdir. Dördbucaqlı formada olan bulaq yaxınlıqdakı məscidlərin üslubunda inşa olunmuşdur. Bərpa prosesində bulağın orijinal memarlıq üslubu qorunmuş, strukturu möhkəmləndirilmiş və əvvəlki görünüşü özünə qaytarılmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi