XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

4

Oktyabr

2022

“City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimində iştirak etmişdirlər. Prezident İlham Əliyev “City Hotel Agdam” mehmanxanasının təməlini qoymuşdur.

Dövlətimizin başçısına və birinci xanıma inşa olunacaq mehmanxana barədə məlumat verən “PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov bildirmişdir ki, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq və rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaqdır. 130 nömrədən ibarət olacaq beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaqdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi