XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDƏRƏ

13

Yanvar

2026

Çıldıran kəndində görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olmuşdur.

Çıldıran kəndində 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilmişdir. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıtmışdır.

Çıldıran kəndində 2 mövcud transformator, elektrik və qaz xətləri bərpa edilmiş, yeni elektrik, qaz və rabitə xətləri çəkilmişdir. Bundan başqa, su nasosu istifadəyə verilmiş, ümumi həcmi 190 kubmetr olan su anbarları təmizlənmiş və subartezian quyusu təmir olunmuş, 8,4 kilometr uzunluğunda kənddaxili yollar bərpa edilmiş, park salınmışdır.

Səfər çərçivəsində Prezident İlham Əliyev kəndə köçmüş Verdi Abdullayevin evinə baş çəkmiş, ailənin yaşayış şəraiti ilə maraqlanmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi